NATO Rusiya ilə danışıqlarda Ukraynaya təzyiq etmədiyini bəyan edibbackend

NATO Rusiya ilə danışıqlarda Ukraynaya təzyiq etmədiyini bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq Britaniyanın “BBC” yayım korporasiyasına müsahibəsində deyib ki, NATO-ya üzv olan ölkələr Rusiya ilə sülh danışıqlarına başlamaq üçün Ukraynaya təzyiq etmirlər.

“Mesaj ondan ibarətdir ki, biz Ukraynaya hərbi yardım göstərməliyik, çünki bu, sülhə gedən yoldur. Biz bilirik ki, Ukrayna döyüş meydanında nə qədər güclü olsa, danışıqlar masasında bir o qədər güclü olacaq”, – Stoltenberq bildirib.

Bundan əvvəl ABŞ dövlət katibi Entoni Blinken NATO ölkələrinin xarici işlər nazirlərinin Kiyevlə əməkdaşlığın genişləndirilməsini müzakirə etdiyini bildirmişdi.

Noyabrın 29 -da Brüsseldə Kiyevlə Şimali Atlantika Alyansı arasında yaxınlaşma prosesini müzakirə edən Ukrayna-NATO Şurasının iclası keçirilir.