Rusiya ordusunun güclənməsi NATO üçün problem olacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdə ABŞ-ın Avropa Komandanlığının komandanı və NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin ali komandanı general Kristofer Kavoli bildirib.
“Gəlin görək, onlar müharibədən sonra bunun üçün nə qədər səy göstərə bilərlər. Çox şey hərbi münaqişənin necə başa çatmasından asılıdır, lakin bu modernləşdirmə proqramı alyansın sərhədlərində NATO-ya meydan oxumağa yönəlib”.
Kavoli qeyd edib ki, Rusiya Federasiyası hazırda Silahlı Qüvvələrinin sayını artırmaq və xüsusilə quru qoşunlarında yeni komandanlıqlar yaratmaq yolundadır.