NATO: “Rusiyadan nüvə təhlükəsi görmürük”backend

NATO: “Rusiyadan nüvə təhlükəsi görmürük”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Rusiyadan nüvə silahından istifadə təhlükəsi görmür.

NOCOMMENT.az xəbər verir ki, bunu İspaniyanın “El Pais” qəzetinə müsahibəsində Alyansın baş katibinin müavini Mirça Coana deyib.

Eyni zamanda, o qeyd edib ki, Rusiya hakimiyyətinin bəyanatları “özlüyündə çox təhlükəlidir, çünki onlar etimadı sarsıdır”.

Coana həmçinin vurğulayıb ki, Şimali Atlantika Planında müttəfiqlər razı olsa belə, hələlik hərbi alyansın Ukraynada qoşun yerləşdirmək niyyəti və ya planı yoxdur.

“Bizim niyyətimiz Ukraynanı dəstəkləməyə davam etmək və Rusiya ilə münasibətlərin gərginləşməsinin qarşısını almaqdır, indiyə qədər bunu kifayət qədər şəkildə edə bilmişik”, – NATO baş katibinin müavini deyib.