NATO Rusiyanın təşkilat ölkələrinin ərazisinə qəsdən zərbələr endirdiyini təsdiqləməyibbackend

NATO Rusiyanın təşkilat ölkələrinin ərazisinə qəsdən zərbələr endirdiyini təsdiqləməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki,NATO-da Rusiya hərbçilərinin təşkilata üzv ölkələrin ərazisinə qəsdən hücumlarını təsdiq edə biləcək hər hansı məlumat yoxdur. Bu barədə Şimali Atlantika Alyansının rəsmi nümayəndəsi Dilan Uayt “X” platformasındakı  hesabında yazıb.

Belə ki, o, Rumıniya Xarici İşlər Nazirliyinin respublikanın Ukrayna ilə sərhədinə pilotsuz uçuş aparatının (PUA) düşməsi ilə bağlı bəyanatını şərh edib. Xarici İşlər Nazirliyinin qeyd etdiyi kimi, pilotsuz uçan aparat Rusiya Silahlı Qüvvələrinin qırıcıları tərəfindən Dunay çayında Ukrayna hədəflərinə zərbələr endirmək üçün istifadə oluna bilərdi.

“NATO-da Rusiyanın NATO ölkələrinə qarşı qəsdən hər hansı hücumunu göstərən heç bir məlumat yoxdur”, –  deyə Uayt vurğulayıb.