NATO Rusiyaya çağırış: Qərarınızı yenidən nəzərdən keçirinbackend

NATO Rusiyaya çağırış: Qərarınızı yenidən nəzərdən keçirin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Yeni START sazişində iştirakını dayandırmasını silahlara nəzarət arxitekturasının iflası kimi qiymətləndirən NATO Rusiyanı qərarını yenidən nəzərdən keçirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq açıqlama verib.

Rusiya prezidenti Vladimir Putinin Yeni START razılaşmasını dayandırmaq qərarını dəyərləndirən Stoltenberq bu qərarından təəssüfləndiyini bildirib.

Qeyd edək ki, Putin bugünkü çıxışında Rusiyanın qitələrarası nüvə ballistik raket imkanlarına nəzarət məqsədi daşıyan ABŞ-la Yeni START-da iştirakını dayandıracağını qeyd edib.

NOCOMMENT.AZ