NATO Rusiyaya iki dəfə etiraz etdibackend

“İki dəfə rədd etdilər” – Putindən NATO ilə bağlı gözlənilməz açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya iki dəfə NATO-ya üzv olmağa hazır olduğunu bəyan edib və hər iki dəfə rədd edilib.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Valday diskussiya klubunun plenar iclasında çıxışında bildirib .

O bildirib ki, SSRİ, daha sonra isə Rusiya NATO-ya daxil olmağa hazır idi, lakin hər iki dəfə onlara rədd cavabı verilib.

Onun sözlərinə görə, Rusiya Qərb tərəfdaşları ilə birlikdə işləməyə hazır olub, lakin qərblilər stereotiplərdən əl çəkməyə hazır deyildilər.

Putin xatırladıb ki, başqa ölkələrə nə edəcəyini diktə etmək cəhdləri uğursuzluqla nəticələnib: “Dünyada hər kəsə nə edəcəyini diktə edəcək bir qüvvə yoxdur və olmayacaq. Hər bir gücün öz həddi var”.

Rusiya prezidenti qeyd edib ki, ölkələrin maraqları heç vaxt tam üst-üstə düşmür. O əlavə edib ki, beynəlxalq münasibətlərin bütün tarixi ölkələr arasında öz maraqları uğrunda gedən mübarizədir.

Putin Rusiyanın NATO-ya hücum edə biləcəyi ilə bağlı iddialara da münasibət bildirib. O, bu iddiaları cəfəngiyat adlandırıb.

“Avropa Rusiyanın düşmən olması fikrini əsrlər əvvəl uydurub. Avropa elitasının siyasəti yeni bir şey deyil”, – o deyib.

Putin Qərb elitasına müraciət edib: “Sakitləşin, dinc yatın və nəhayət, öz problemlərinizlə məşğul olun”.

“Biz birlikdə işləməyə, təhlükəsizlik və qlobal sabitlik sahəsində addımlar atmağa hazır idik, lakin qərbli həmkarlarımız özlərini geosiyasi və tarixi stereotiplərin əsarətindən xilas etmək istəmirdilər”, – Putin vurğulayıb.

Bununla belə, Putin Avropanın silahlanmasına da münasibət bildirib. O, Moskvanın buna cavabının özünü çox gözlətməyəcəyini söyləyib: “Heç kəs şübhə etmir ki, Rusiyanın Avropanın militarizasiyasına cavabı özünü çox gözlətməyəcək”.