NATO Rusiyaya Qərb silahlarının hücumlarını eskalasiya kimi qiymətləndirməkdən imtina edibbackend

NATO Rusiyaya Qərb silahlarının hücumlarını eskalasiya kimi qiymətləndirməkdən imtina edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NATO Ukraynanın Qərb silahlarından istifadə edərək Rusiya ərazisinə zərbə endirməsini eskalasiya kimi qiymətləndirmir.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq deyib.

İyunun 13-də səhər saatlarında təşkilat rəhbəri NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısının keçiriləcəyi Brüsselə gəlib. Tədbir başlamazdan əvvəl o, jurnalistlərlə, o cümlədən Ukraynanın Rusiya Federasiyasına hücumlarını şərh etməyi bacarıb.

“Özünümüdafiə Rusiya Federasiyası ərazisindəki hərbi hədəflərin məhv edilməsini əhatə edir, bu, eskalasiya deyil”, – deyə Stoltenberq F-16 qırıcılarının Rusiya ərazisindəki hədəflərə hücum etmək üçün mümkün istifadəsi ilə bağlı sualı cavablandırıb.