NATO sammitinin 2,5 saatlıq sessiyası 183 milyon avroya başa gələcəkbackend

NATO sammitinin 2,5 saatlıq sessiyası 183 milyon avroya başa gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haaqada keçiriləcək Şimali Atlantika Alyansı (NATO) ölkələrinin sammiti tarixdə ən qısa müddətli sammit olacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Britaniyanın “The Times” qəzeti yazır.

“Müzakirələrin qısa olması ilə yanaşı, bu, həm də NATO tarixində ən bahalı sammit olacaq”, — nəşrin materialında bildirilir.

Məqalədə qeyd olunur ki, sammitin əsas tədbiri — alyansa üzv ölkələrin liderlərinin sessiyası — cəmi 2,5 saat davam edəcək. Sessiyanın dəyəri isə 183 milyon avro təşkil edir ki, bu da təxminən dəqiqəsinə 1 milyon avro deməkdir.

Sessiyanın bu qədər baha başa gəlməsi NATO-nun ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının kəskinləşməsinin qarşısını almaq cəhdləri ilə əlaqələndirilir.

Sammit 24–25 iyun tarixlərində Haaqa şəhərində keçiriləcək. Görüşdə əsas müzakirə mövzuları çəkindirmə və müdafiə məsələləri olacaq. Sammitin başlıca məqsədi alyansa üzv ölkələrin birgə büdcə öhdəliklərini artıraraq ÜDM-in 5%-nə çatdırmasına nail olmaqdır. Bu vəsaitin 3,5%-i birbaşa hərbi məqsədlər üçün, 1,5%-i isə yardımçı maliyyələşdirməyə yönəldiləcək.