NATO Tokioda əlaqə ofisi açmağı planlaşdırırbackend

NATO Tokioda əlaqə ofisi açmağı planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiyanın Vaşinqtondakı səfiri Tomita Koji NATO-nun ölkəsi ilə əməkdaşlığı gücləndirmək üçün Tokioda əlaqə ofisi açmağı planlaşdırdığını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə səfir Tomita xidmət etdiyi Vaşinqtonda keçirdiyi mətbuat konfransında bu ay keçiriləcək G7 Zirvə toplantısına və son NATO-Yaponiya münasibətlərinə toxunarkən məlumat verib.

Yaponiya ilə əməkdaşlığı gücləndirmək üçün NATO-nun paytaxt Tokioda əlaqə bürosu açmağı planlaşdırdığını qeyd edən Tomita bu istiqamətdə çalışdıqlarını bildirib.

Çinin artan nüfuzu, Rusiya-Ukrayna böhranı və Şimali Koreyanın raket təhdidlərini xatırladan Tomita G-7 sammitinin əsas mövzusunun “qaydalara əsaslanan beynəlxalq nizamı gücləndirmək” olduğunu bildirib.

NOCOMMENT.AZ