NATO Ukrayna üzrə xüsusi nümayəndə postunu yaratmağı düşünürbackend

NATO Ukrayna üzrə xüsusi nümayəndə postunu yaratmağı düşünür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı Kiyevə yardımı əlaqələndirəcək Ukrayna üzrə xüsusi nümayəndə postunun yaradılması imkanını nəzərdən keçirir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Foreign Policy” məlumat yayıb.

Yeni mövqenin yaradılması zərurəti NATO-nun üzərinə götürdüyü Ukrayna qarşısında uzunmüddətli öhdəliklərlə izah olunur. Nəşrin həmsöhbətlərinin fikrincə, “böyük mülki nümayəndə” vəzifəsi Əfqanıstanda hərbi ittifaqın olduğu vaxtlarda yaradılan vəzifəyə bənzəyəcək.

Məlumdur ki, Ukrayna üzrə xüsusi nümayəndə Kiyevdə olacaq və alyansdan Ukraynaya dəstəyi, o cümlədən müxtəlif Qərb ölkələrindən Kiyevə hərbi yardım axınını əlaqələndirəcək”.