NATO: Ukraynanı dəstəkləməyə davam edəcəyikbackend

NATO: Ukraynanı dəstəkləməyə davam edəcəyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynaya hərbi dəstəyi davam etdirəcəklərini bildirən NATO-nun baş katibi Yens Stoltenberq, “Hücumla bağlı operativ qərarlar ukraynalılar tərəfindən veriləcək. Ukraynalıların torpaqlarını xilas etmə prosesində dəstək veririk” deyə qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiyada “xarici agent” siyahısına düşən və girişi bloklanan müxalif “Dojd” televiziya kanalına müsahibə verən Stoltenberq Rusiya-Ukrayna müharibəsi ilə bağlı açıqlamalar verib.

NATO ölkələrinin Ukraynaya silah və sursat göndərdiyini qeyd edən Stoltenberq İngiltərənin Ukraynaya uzaqmənzilli qanadlı raketlər göndərməyi planlaşdırdığını bildirib.

“Ukraynaya Putinin (Rusiya prezidenti) təcavüzünə müqavimət göstərmək üçün daha çox silah və sursat lazımdır. Eyni zamanda, yeni silahlar göndərilməzdən əvvəl əvvəllər göndərilmiş silahlardan səmərəli istifadə olunmasını təmin etmək lazımdır. Silahların təmiri üçün lazım olan hissələri və döyüş sursatlarını təmin etmək lazımdır”.

NOCOMMENT.AZ