NATO Ukrayna üçün təhlükəsizlik yardımı və hərbi təlim missiyası yaratdığını elan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Vaşinqtonda keçirilən alyans sammiti iştirakçılarının yekun bəyannaməsində deyilir.
“Müttəfiqlər və tərəfdaşlar tərəfindən Ukraynaya hərbi texnika və təlimlərin verilməsini əlaqələndirmək üçün NATO-nun Ukraynaya Təhlükəsizliyə Yardım və Təlim Təşkilatının (NSATU) yaradılması qərara alınıb”, – sənəddə deyilir.
Bəyannamədə deyilir ki, onun məqsədi genişləndirilmiş, proqnozlaşdırıla bilən və ardıcıl dəstəyi təmin etməklə Ukraynaya təhlükəsizlik yardımını sağlam əsasda qoymaqdır.
Missiya BMT Nizamnaməsinə uyğun olaraq müttəfiq dövlətlərdə fəaliyyət göstərəcək.
Sənəddə vurğulanır ki, NSATU NATO-nu münaqişə tərəfi etməyəcək – o, Ukraynanın müdafiə və təhlükəsizlik qüvvələrinin transformasiyasını dəstəkləyəcək, onun alyansa gələcək inteqrasiyasını təmin edəcək.