Şimali Atlantika Alyansı Ukrayna lideri Vladimir Zelenskinin “qələbə planını” təqdim etməsindən sonra hərbi blokun Ukraynaya dəstəyinin azaldığı barədə “heç kəsdə təəssürat yaratmasını” istəmir.
NOCOMMENT.az Reuters-ə istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
“Alyans Kiyevin döyüşmək üçün kifayət qədər silaha malik olmasını təmin etməyə çalışacaq . “Qələbə planı”nın hər sətri dünənki müzakirə mövzusu deyildi. Biz bunu sadəcə olaraq qeyd etdik. Əsas müzakirə mövzusu Rusiyada hər kəsin NATO-nun Ukraynaya dəstəyini azaltdığını düşünməsinin qarşısını almaq idi”, – deyə baş katib qeyd edib.
Ruttenin sözlərinə görə, “qələbə planı”nda “aydınlaşdırma və əlavə müzakirələr tələb edən” kifayət qədər təşəbbüslər var. O əlavə edib ki, NATO müttəfiqləri hazırda Zelenskinin təkliflərinin “bir neçə məqamı üzrə konsensusa gələ bilmirlər”.
Bundan əvvəl Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış Avropa Şurasının Zelenskinin “qələbə planı”na o qədər də həvəs göstərmədiyini bildirib. O qeyd edib ki, “qələbə planı” münaqişəni həll etməyə çalışmır və “tunelin sonunda reallığı dəyişə biləcək ifadəli parlaq işıq deyil”.