NATO Ukraynaya raket hücumu səbəbindən təyyarələrini yenidən qruplaşdırmaq qərarına gəlibbackend

NATO Ukraynaya raket hücumu səbəbindən təyyarələrini yenidən qruplaşdırmaq qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Atlantika Alyansı (NATO) Rusiya Silahlı Qüvvələrinin Ukraynaya raket hücumları səbəbindən təyyarələrini tələsik yerləşdirməyə başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Military Chronicle” Telegram kanalı məlumat yayıb.

“Bu dəqiqələrdə Boeing KC-135T Stratotanker “uçan tanker” Britaniyanın Mildenhall aviabazasından tələsik Polşa sərhədinə gətirilir”, – nəşr qeyd edir.

Həmçinin bildirilir ki, Boeing P-8A Poseidon sualtı kəşfiyyat təyyarəsi İtaliyadakı hava bazasından, Boeing E-3A Sentry erkən xəbərdarlıq və idarəetmə sisteminə (AWACS) malik təyyarə isə Almaniyadakı bazadan havaya qalxıb. .

İyulun 8-də Rusiya Silahlı Qüvvələri Kinjal hipersəs raketləri ilə Kiyevdəki hədəflərə: Artem hərbi zavoduna və Julyanı hava limanına bir sıra hücumlar həyata keçirib. Ukraynanın digər bölgələrindəki hədəflər də hücuma məruz qalıb. Belə ki, Ukraynanın Jitomir şəhərindən 12 km cənubda yerləşən Ozernoye hərbi aerodromunun raket zərbəsinə məruz qaldığı məlum olub. Bundan başqa, Dnepropetrovsk vilayətinin Kamenskoye və Krivoy Roq şəhərlərində də partlayışlar qeydə alınıb.