Litva prezidenti Qitanas Nauseda “istəklilər koalisiyası”na Ukraynaya “sülhməramlılar” göndərmək üçün konkret planlama işinə başlamağı çağırıb.
NOCOMMENT.az xəbər verir ki,u barədə Delfi portalı məlumat yayıb.
Onun sözlərinə görə, Avropa ölkələri Ukrayna üçün “real təhlükəsizlik zəmanətləri” təmin edə bilər. Qərb ölkələrinin qüvvələri Ukrayna ərazisində yerləşdirilməlidir, Rusiya mövqeyinə baxmayaraq.
“Lakin bizim ‘istəklilər koalisiyası’nda yeni səviyyəyə çıxmağımız, sadəcə fikir mübadiləsi aparmaqla kifayətlənməməyimiz, işləri, imkanları və hər bir dövlətin verə biləcəyi töhfəni konkret planlaşdırmağımız vacibdir”, – deyə Nauseda bildirib.