Navalnı Peskovu məhkəməyə verdibackend

Navalnı Peskovu məhkəməyə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı müxalifətçi Aleksey Navalnı Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskovu məhkəməyə verib.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, bu barədə Moskvanın ümumi yurisdiksiyası məhkəmələrinin rəsmi portalında dərc edilib. İddia noyabrın 16-da qeydə alınıb, iddia ərizəsi üçün dövlət rüsumu noyabrın 13-də ödənilib.

İşin kateqoriyasında “198 — şərəfin, ləyaqətin, vətəndaşlara və hüquqi şəxslərə işgüzar nüfuzun qorunması” göstərilir.

Məlumata görə, oktyabrın əvvəlində Peskov bildirmişdi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) əməkdaşları Navalnı ilə əməkdaşlıq edirlər, ona müəyyən təlimatlar verirlər. O, blogerin zəhərlənməsində Rusiya rəhbərliyinin əli olduğu barədə fikirlərini belə şərh etmişdi.

Bundan sonra Navalnı prezidentin mətbuat katibini məhkəməyə vermək niyyətində olduğunu bildirmişdi.