Navalnı Putinlə bağlı arxiv sənədini necə əldə edib?backend

Navalnı Putinlə bağlı arxiv sənədini necə əldə edib?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aleksey Navalnı Gələncikdəki sarayla bağlı filmi Qərb xüsusi xidmət orqanlarının əməkdaşlığı olmadan çəkə bilməzdi. Moskva Berlinə Vladimir Putinlə bağlı arxivə necə giriş icazəsi alması ilə bağlı sorğu göndərdi. Almaniya da təsdiq etdi ki, materiallar Navalnıya təqdim olunub.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

“Bir konkret məqamı qeyd edim. Bu filmdə Navalnı Drezdendəki keçmiş sovet kəşfiyyat xidmətinin binasını ziyarət edir və bəzi alman həmkarları ilə birlikdə “Putinin şəxsi işi” kimi təqdim etdiyi qovluqdakı materialları izləyicilərə göstərir. Aydındır ki, o binaya Almaniya hökumət nümayəndələri, xüsusilə onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmədən girmək mümkün deyil”, – deyə Lavrov bildirib.