Navalnı türmədə öyrənməsi üçün Quran kitabı verilməsini tələb etdi-Gözlənilməz…backend

Navalnı türmədə öyrənməsi üçün Quran kitabı verilməsini tələb etdi – Gözlənilməz…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müsəlmanlar haqqında nifrət dolu ifadələri ilə tanınan Aleksey Navalnı həbsxanada Quran öyrənmək arzusunu ifadə edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Dojd” telekanalı məhkumun akkauntuna istinadla informasiya yayıb.

Məlumata görə, türmə rəhbərliyi hazırda Navalnının şəxsi kitablarını ekstremizmlə bağlı yoxlayır. Yoxlama artıq üç aydır davam edir. Müxalif lider isə aralarında Quran kitabı da olduğu ədəbiyyatın geri verilməsinin sürətləndirməsini istəyib və əks halda koloniya rəhbərliyini məhkəməyə verməklə hədələyib.

Navalnının sözlərinə görə, İslamı və müsəlmanları daha yaxşı anlamaq üçün Qurani-Kərimi oxumağa qərar verib. Bunu həm də onun “bir xristian kimi inkişaf etməsi” tələb edir.

Xatırladılır ki, Navalnı şəhadət simvolu və hicablı qadınlara nifrətdən başlayaraq Rusiyada islami mənəvi dəyərlərin dirçəlməsinin ən fəal olduğu Çeçenistan və Tatarıstan rəhbərliyinə hücumlara qədər hər bir müsəlmana düşmənçilik ifadə etməklə özünə qatı islamofob bir siyasətçi imici yaradıb. Rusiya müxalifət lideri eyni zamanda Moskvada məscidlərin tikilməsinə də qarşı çıxıb. Moderator.az