Navalnı yenidən məhkəməyə gətirildibackend

Navalnı yenidən məhkəməyə gətirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həbsdə olan rusiyalı müxalifətçi Aleksey Navalnı yenidən məhkəməyə gətirilib.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, Babuşkinski məhkəməsində hazırda proses davam edir. Aleksey Navalnı “akvarium” tipli qəfəsdədir. Navalnı 94 yaşlı veteranı təhqir etməkdə ittiham olunur.

Məhkəmə binasının ətrafında diplomatik missiyalara məxsus avtomobillərin göründüyü deyilir.

Qeyd edək ki, Aleksey Navalnı bundan əvvəlki məhkəmənin qərarı ilə 3.5 il həbs cəzası almışdı.