Navalnının həkimindən şok: Hər an ölə bilərbackend

Navalnının həkimindən şok: Hər an ölə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 31-dən bəri aclıq aksiyası keçirən rusiyalı müxalif bloger Aleksey Navalnının lazımi tibbi dəstəyi ala bilməməsi səbəbiylə hər an ölə biləcəyi açıqlanıb.

NOCOMMENT.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə 44 yaşlı Navalnının test nəticələrini araşdıran həkimi məlumat verib.

Həkim bildirib ki, onun ürəyi hər an dayana və ölümlə üzləşə bilər. Eyni zamanda, Navalnının həkimlərinə həbsxanada onunla görüşməsinə icazə verilmir.

Rusiyalı müxalif belində disk yırtığnın olduğunu və ağrı səbəbindən əllərində də hissiyyatı itirməyə başladığını deyib.

Qeyd edək ki, A.Navalnı Moskvanın şimal-şərqində Vladimir bölgəsindəki sərt nəzarətlə tanınan bir həbsxanada saxlanılır.