Navrotski: Tarixi mübahisələr ikitərəfli danışıqlarda əsas məsələ olacaqbackend

Navrotski: Tarixi mübahisələr ikitərəfli danışıqlarda əsas məsələ olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın yeni seçilmiş prezidenti Karol Navrotski Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon danışığında Ukraynanın birgə tarixin mübahisəli məsələlərinə yanaşmasında dəyişiklik etməsinin vacibliyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Navrotskinin gələcək mətbuat katibi Rafal Leskeviç sosial şəbəkə X-də məlumat verib.

Leskeviçin sözlərinə görə, Navrotski özünü “əvvəllər həll olunmamış mühüm tarixi mövzularda dəyişiklik gözləyən xalqın səsi” kimi təqdim edib. Polşalı siyasətçi bu məsələlərin iki ölkə arasında gələcək danışıqların mövzusu olacağını qeyd edib. Danışıq Zelenskinin təşəbbüsü ilə baş tutub — o, Navrotskini seçkilərdə qazandığı qələbə münasibətilə təbrik edib.

Eyni zamanda, Polşanın seçilmiş prezidenti Rusiyayla münaqişədə Ukraynaya dəstəyin davam edəcəyini təsdiqləyib. O, dialoqun iki istiqamətli xarakter daşıdığını vurğulayıb: həm tarixi məsələlərdə tələblər, həm də hərbi-siyasi əməkdaşlığın davamı.