Naxçıvan Ali Məhkəməsinin saytı “GOV.AZ”a köçürüldübackend

Naxçıvan Ali Məhkəməsinin saytı “GOV.AZ”a köçürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin elektron informasiya resursu yeni “//nsupremecourt.gov.az/” domen adı ilə “AzStateNet” şəbəkəsinə köçürüldü.

Bu barədə NOCOMMENT.az-a Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.