Naxçıvan-Bakı təyyarəsi havaya qalxa BİLMƏDİbackend

Naxçıvan-Bakı təyyarəsi havaya qalxa BİLMƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hava şəraiti ilə əlaqədar AZAL-ın Naxçıvandan Bakıya uçan təyyarəsi havaya qalxmayıb.

NOCOMMENT.az xəbər verir ki, artıq bu barədə sərnişinlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, AZAL-ın J2 0256 reysi üzrə saat 18:50-də Naxçıvan Hava Limanından qalxmalıdır. İldirım çaxması və havanın dumanlı olması səbəbindən təyyarənin kapitanı aeroportda gözləmək qərarı qəbul edib.

Təyyarənin Naxçıvan Hava Limanında neçə saat gözləyəcəyi ilə bağlı dəqiq məlumat verilməyib.