“Naxçıvan Bank“la bağlı nə baş verir? – Mərkəzi Bankdan AÇIQLAMAbackend

“Naxçıvan Bank“la bağlı nə baş verir? – Mərkəzi Bankdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Bank” bütün prudensial tələblərə riayət edir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “APA-Economics”in sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib.

“Mərkəzi Bank tərəfindən banklarda yoxlamalar müəyyən edilmiş illik yoxlama planı əsasında aparılır. “Naxçıvan Bank” ASC-nin maliyyə dayanıqlığı göstəriciləri AMB tərəfindən müəyyən edilən prudensial tələblər çərçivəsindədir”, – açıqlamada qeyd edilib.

Bildirilib ki, AMB tərəfindən “Naxçıvan Bank”ın lisenziyasının məcburi qaydada ləğv edilməsi gözlənilmir.

Mərkəzi Bank həmçinin, bankın kredit portfelinin bir hissəsinin satılması və 100% səhmdarı olduğu “Naxçıvan Sığorta”nın portfelinin digər sığorta şirkətinə ötürülməsi məsələsinə də aydınlıq gətirib.

Qeyd edilib ki, bankın kredit portfelinin bir hissəsinin satılması, o cümlədən sığorta şirkətinin satılması, öhdəliklərin ötürülməsi və birləşmə bankın biznes strategiyasına aid olan məsələlərdir.

Qeyd edək ki, “Kapital Bank”ın İdarə Heyətinin sədri Fərid Hüseynov dekabrın 8-də “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manata yaxın hissəsinin alındığını açıqlayıb. Paralel olaraq “Naxçıvan Sığorta”nın lisenziyası ləğv edilib və portfeli “Atəşgah Sığorta” şirkətinə ötürülüb.