Naxçıvan Dövlət Universitetinin hərbçi tələbəsi fəxrlə qarşılanıb – FOTOLARbackend

Naxçıvan Dövlət Universitetinin hərbçi tələbəsi fəxrlə qarşılanıb – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Dövlət Universitetinin “Hüquqşünaslıq” ixtisası üzrə I kurs tələbəsi Yüksəl Əlizadə, həmin ixtisas üzrə qiyabi təhsil alan Orxan Kərimli və Teymur Osmanlı Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olublar.

NOCOMMENT.az xəbər verir ki, universitetdə təşkil edilən tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ali təhsil ocağının rektoru Elbrus İsayev 44 gün davam edən və şanlı Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən Qarabağ zəfəri münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Vurğulanıb ki, qələbəyə Qarabağ müharibəsi dövründəki Ali Baş Komandan İlham Əliyevin göstərdiyi yüksək liderlik keyfiyyətləri və Azərbaycan Ordusunun müasir vasitələrlə və silahlarla təchiz olunaraq yüksək əhval-ruhiyyə ilə mübarizəyə başlaması nəticəsində nail olduq. Rektor II Qarabağ döyüşlərində universitetdə təhsil alan tələbələrimizin də iştirakını diqqətə çatdırıb.

Şuşa uğrunda gedən döyüşlərdə də fəal iştirak edib Naxçıvana dönən “Məşqçilik” ixtisası üzrə I kurs qiyabi tələbəsi Fəxri Qazıbəyov da tədbirdə çıxış edib.

Qeyd edilib ki, oktyabrın 11-dən döyüşlərə qatılıb və xüsusi təyinatlıların dəstəsində Füzuli, Cəbrayıl, Zəngilan Qubadlı uğrunda gedən döyüşlərdə iştirak edib. Qazimiz Azıx mağarasına girən ilk hərbçilər arasında özünün də olmasını qürur hissi ilə ifadə edib.

Rektor Vətən müharibəsində fəal iştirakına görə Fəxri Qazıbəyova Naxçıvan Dövlət Universiteti Elmi Şurasının 30 noyabr 2020-ci il tarixli qərarına əsasən Fəxri fərman təqdim edib.