Naxçıvan Dövlət Universitetinin kollektivi əsgərləri ziyarət edibbackend

Naxçıvan Dövlət Universitetinin kollektivi əsgərləri ziyarət edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Dövlət Universiteti ilə birgə dünyanın qabaqcıl əczaçılıq şirkətlərinin ən geniş idxalçısı olan AKİ PHARM MMC şirkəti adından 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “N” saylı hərbi hissənin şəxsi heyətinə bayram sovqatı təqdim olunub.

NOCOMMENT.az xəbər verir ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü haqqında danışan universitetin rektoru Elbrus İsayev əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş bu bayramın hazırda bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini deyib.

Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurları diqqətə çatdıran rektor, bu siyasətin ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Universitetin rektoru Azərbaycan ordusu və onun Naxçıvandakı hissələrini Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib.

Vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şanlı mübarizəsi 2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla fəxr edir.

“N” saylı hərbi hissənin “N” saylı hərbi hissənin şəxsi heyəti adından çıxış edən kapitan Qadir Novruzov ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, onların hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, heç bir bayramda unudulmadıqlarını qeyd edərək minnətdarlığını bildirib.

Sonra gətirilən 21 adda ərzaq və qeyri-ərzaq məhsulları əsgərlərə təqdim olunub.