Naxçıvan DSMF-nin sədri bu vəzifəsini itirdibackend

Naxçıvan DSMF-nin sədri bu vəzifəsini itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyasının tərkibindən çıxarılıb.

NOCOMMENT.az itisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq fərman imzalayıb.

Bununla da Nazirliyin kollegiyasının üzvlərinin sayı 15-dən 14-ə endirilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri kollegiyanın tərkibinə 2022-ci ildə Baş nazir Əli Əsədovun qərarı ilə daxil edilmişdi.