Naxçıvan polisi vətəndaşlarda odlu silahlar aşkarlayıbbackend

Naxçıvan polisi vətəndaşlarda odlu silahlar aşkarlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan MR daxili işlər orqanlarında (DİO) əhalidə qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

NOCOMMENT Report-a istinadən xəbər verir ki, Culfa Rayon Polis Şöbəsinin (RPŞ) əkəməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Xoşkeşin kənd sakini Xəlilzadə İslam Həbib oğlundan 1 ədəd “JP-18” markalı ov tüfəngi, Kəngərli RPŞ-nin əməkdaşları Qıvraq qəsəbə sakini Məmmədov Qalib Zeynalabidin oğlundan 1 ədəd “Teksan-S-870” markalı ov tüfəngi və Şahbuz RPŞ-nin əməkdaşları Daylaqlı kənd sakini Məmmədli Tural Allahqulu oğlundan “F-99” markalı qaz tapançası aşkarlayaraq götürüblər.

Faktlarla bağlı DİO-nun aidiyyəti xidmətləri üzrə araşdırmalar aparılır.