Naxçıvan şəhərinin küçələrinin işıqlandırılmasına əlavə 370 min manat ayrılırbackend

Naxçıvan şəhərinin küçələrinin işıqlandırılmasına əlavə 370 min manat ayrılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhərinin küçələrinin işıqlandırılması üçün yeni mal-materialları alınır.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı şəhər icra hakimiyyəti hazırlıqlara başlayıb.

Belə ki, sifariş edilən materiallar siyahısına su keçirməyən lampa, ampul, iqnator, yol duvar işıqları, adaptor, kontaktor, kabel və s. yer alıb.

İcra hakimiyyəti avadanlıqlara 376 min manata yaxın vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xatırladaq ki, daha əvvəl icra hakimiyyəti şəhərin küçələrinin işıqlandırılması üçün dəyəri 2 milyon manat proqnozlaşdırılan işıq dirəkləri və başlıqları sifariş etmişdi.