“Naxçıvan Universiteti”ndə təqaüdlər verilmir? – AÇIQLAMAbackend

“Naxçıvan Universiteti”ndə təqaüdlər verilmir? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan Universiteti”ndə təqaüdlərimiz ikinci aydır ki, verilmir”.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı oxu.az-a sözügedən universitetin tələbələrindən müraciət daxil olub.

Məsələ ilə bağlı “Naxçıvan Universiteti”nin rektoru Anar Kazımova sorğu ünvanladıq.

Universitetin rektoru oxu.az-ın sorğusuna cavab olaraq, məlumatı təkzib edib.

“Bu şikayətin heç bir əsası yoxdur. Biz aprel ayının ödənişini etmişik, may ayının da sifarişini vermişik, bu gün və ya sabah o da veriləcək. İndiyə kimi bizim universitetdə təqaüdlərin gecikməsi ilə bağlı hər hansı yubanma olmayıb. Əgər hansısa tələbənin belə bir problemi varsa, şəxsən mənə müraciət etsin, məsələnin nə olduğunu araşdıraq”, – deyə rektor bildirib.