Naxçıvan universitetinə yeni rektor təyin edildibackend

Naxçıvan universitetinə yeni rektor təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Universitetinə yeni rektor təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, özəl universitetdə bu vəzifəyə Kazımov Anar Altay oğlu gətirilib.

Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan Anar Kazımov Naxçıvan Universiteti təsisçisinin qərarı ilə bu vəzifəyə gətirilib və bu gün kollektivə təqdim edilib.

Dosent Anar Kazımov bu təyinatdan əvvəl Dövlət İqtisad Universitetində çalışırdı.

Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.

Faktı universitetin mətbuat xidməti təsdiq edib.