“Naxçıvana gedən avtomobil yoluna nəzarət özəl şirkətə verilə bilər” – Ermənistan rəsmisibackend

“Naxçıvana gedən avtomobil yoluna nəzarət özəl şirkətə verilə bilər” – Ermənistan rəsmisi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla gələcək nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsi funksiyalarının özəl şirkətlərə verilməsi imkanı nəzərdən keçirilir”. 

 

NOCOMMENT.az Ermənistan mediasına istinadən xəbər verir ki, bunu bu gün Ermənistan parlamentində jurnalistlərlə söhbətində respublikanın xarici işlər nazirinin müavini Mnatsakan Safaryan deyib.

 

Onun sözlərinə görə, şirkətlər rabitəni təhlükəsizlik baxımından qoruyacaqlar:

 

“Vergi və gömrük funksiyalarını Ermənistanın müvafiq xidmətləri həyata keçirəcək”.

 

Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 31-də etdiyi çıxışında bildirib:

 

“Ermənistan Azərbaycanı eksklavı olan Naxçıvanla birləşdirmək üçün avtomobil yolları verməyə hazırdır. Lakin bu, Ermənistanın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını şübhə altına almamalıdır”.