Naxçıvana yeni elektrik mühərrikli avtobuslar gətiriləcəkbackend

Naxçıvana yeni elektrik mühərrikli avtobuslar gətiriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi yeni elektriklə işləyən avtobuslar sifariş edəcək.

NOCOMMENT.az-ın məlumatına görə, 20-25 nəfər üçün nəzərdə tutulan sözügedən nəqliyyat vasitəsindən ümumilikdə 20 ədəd alınması planlaşdırılıb.

Nəqliyyat vasitələrinin 2024-2025-ci il istehsallı olması isə əsas şərtlərdəndir.

Belə ki, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayıb.

Eyni zamanda agentlik avtobusların satınalınmasının 4,9 milyon manata başa gələcəyini proqonozlaşdırıb.//Unikal