Naxçıvan Dövlət Universiteti nəzdində fəaliyyət göstərən Batabat Astrofizika Rəsədxanası üçün tematik turistik mərkəzin qurulması planlaşdırılır. Layihə çərçivəsində layihə-smeta sənədlərinin hazırlanması xidməti satın alınacaq.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, bu xidmətin ehtimal olunan dəyəri 261.000,00 AZN təşkil edir. Mərkəzin yaradılması rəsədxananın elmi potensialını nümayiş etdirmək və turizm imkanlarını artırmaq məqsədini daşıyır.