Naxçıvanda bu federasiya da ləğv edildibackend

Naxçıvanda bu federasiya da ləğv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası fəaliyyətini dayandırıb.

NOCOMMENT.az APA-ya istinadən xəbər verir ki, federasiya ləğv olunub.

Eyni zamanda, muxtar respublikada Azərbaycan Karate Federasiyasının nümayəndəliyi yaradılıb. Nümayəndəliyin rəhbəri isə Nəriman Quliyev təyin edilib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Karate-do Federasiyası 2002-ci il mart ayının 15-də yaradılmışdı.

Xatırladaq ki, noyabrın 26-da Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası da fəaliyyətini dayandırıb.