Naxçıvanda fərdi yaşayış evində yanğın olub, bir nəfər ölübbackend

Naxçıvanda fərdi yaşayış evində yanğın olub, bir nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhəri Sabir küçəsində fərdi yaşayış evində yanğın hadisəsi baş verib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə hissəsinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.

Yanğın hadisə nəticəsində 1 mərtəbəli, 1 otaqlı, 28 m² ümumi sahəsi olan fərdi yaşayış evinin 4 m² hissəsində yataq dəsti yanıb. Evin 24 m² hissəsi içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.

Yanğın zamanı ev sahibi 1969-cu il təvəllüdlü Hüseynov Vəli Şuqeyib oğlu dünyasını dəyişib.

Hadisə ilə bağlı araşdırma aparılır.