Naxçıvanda ilk çimərlik futbolu meydançası inşa olunurbackend

Naxçıvanda ilk çimərlik futbolu meydançası inşa olunur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən həftədən etibarən Naxçıvanda ilk çimərlik futbolu meydançasının inşasına başlanılıb.

NOCOMMENT.az xəbər verir ki, meydança Uzunoba çimərliyinin ərazisində eni 30, uzunluğu 40 metr olan sahəni əhatə edir. Hazırda ərazidə xüsusi texnika vasitələri ilə hamarlama işləri aparılır.

Mövcud perspektivlər nəzərə alınaraq yeniyetmə və gənclərin bu idman növünə cəlb edilməsi və asudə vaxtın səmərəli təşkili məqsədi ilə meydançada çimərlik futbolu üzrə turnirlərin keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında idmanın inkişafı sahəsində aparılan ardıcıl tədbirlər əhalinin sağlam həyat tərzinin, xüsusən də böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır. Muxtar respublikada fəaliyyət göstərən 58 idman müəssisəsi və 886 idman obyektində 40 minə yaxın uşaq və gənc idmanla məşğul olur. Qurulan müasir idman infrastrukturu Naxçıvanda beynəlxalq və ölkə səviyyəli yarışların keçirilməsinə şərait yaradır.
Report