Naxçıvandakı istirahət mərkəzində üç nəfərin ölümü, iki nəfərin xəsarət alması ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.
NOCOMMENT.az-ın məlumatına görə, hadisə Şahbuz rayonunun Ayrınc kəndində sakinlərdən biri həyətində ailəvi istirahət məkanı açıb və orada qonaqlara xidmət edirmiş. Həyətin sahibi məkanın adını isə “Ayrınc” ailəvi istirahət evi adlandırıb.
Naxçıvan şəhər sakinləri – 1982-ci il təvəllüdlü Tural Hüseynov, həyat yoldaşı, 1983-cü il təvəllüdlü Sevinc Hüseynova, övladları, 2007-ci il təvəllüdlü Nicat Hüseynov, 2011-ci il təvəllüdlü Ceyran Hüseynova və qohumları, 1947-ci il təvəllüdlü Səbinə Məmmədova Şahbuz rayonunun Ayrınc kəndinə istirahətə gediblərmiş. Onlar həmin məkanda bir günlük kirayə ev tutub, orada istirahət etmək istəyiblər.
Həmin vaxt onlar ev sahibinin həyətində yaradılmış süni gölün üzərində kustar üsulla, dəmir çəlləklərdən hazırlanmış kanata bənzər qurğunu görüb, həmin qurğudan istifadə etmək qərarına gəliblər. Tural bununla bağlı ev sahibinə müraciət edib. Ev sahibi onlara həmin qurğuya üç nəfərdən artıq insanın minməsinə icazə verməyib. Amma ailə onun sözünə məhəl qoymayıb və həmin dəmir qurğuya beş nəfər daxil olub. “Kanat” gölün üzərinə çatanda qırılıb və ailənin hamısı gölə düşüb.
Hadisə nəticəsində Təranə Hüseynova və 14 yaşlı qızı Ceyran göldə dəmir çəlləklərin zərbəsindən dünyasını dəyişiblər. Hadisə nəticəsində xəsarət alan S.Məmmədova isə xəstəxanaya aparılarkən yolda keçinib. Hadisə zamanı gölə düşən Tural Hüseynov və oğlu Nicat sağ qalıblar.
Faktla bağlı araşdırmalar davam edir.//Oxu.Az