Naxçıvanda restoranda 29 yaşlı qadın bıçaqlanıbbackend

Naxçıvanda restoranda 29 yaşlı qadın bıçaqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan şəhərində 29 yaşlı qadın bıçaqlanıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, hadisə şəhərdə yerləşən restoranların birində qeydə alınıb.

Belə ki, yaranan insident zamanı həmin restoranda ofisiant kimi işləyən Beyləqan şəhər sakini, 1995-ci il təvəllüdlü Quliyeva Nərmin Musa qızı bıçaqlanıb.

O, Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağırdır.

İlkin məlumata görə, hadisəyə səbəb restoranda masaları toplamaq üstündə olub. Hadisəni törədən Karaca Burhan Mustafa Oğlu saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.