Naxçıvanda xanlıq, kiçik dövlət qurulub – YAP-çı deputatbackend

Naxçıvanda xanlıq, kiçik dövlət qurulub – YAP-çı deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Naxçıvanda baş verənlər Azərbaycan vətəndaşlarının diqqət mərkəzindədir. Sözsüz ki, xalqımızın hər bir nümayəndəsi ölkəmizdə idarəetmə, qanunvericilik, hüquq-mühafizə, sosial-iqtisadi sahədə gedən islahatları dəstəkləyir və bu islahatlar uğurlu nəticələrini göstərməkdədir”.

NOCOMMENT.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Tahir Rzayev deyib.

Deputat qeyd edib ki, Cənab Prezidentin həyata keçirdiyi dövlət proqramları, mühüm layihələr, eləcə də islahatlar Azərbaycanın iqtisadi həyatını xeyli dərəcədə irəli aparıb və beynəlxalq təşkilatların maliyyə qurumlarının bu nəticələrə verdiyi qiymət də fərəhlidir. “Əlbəttə ki, hər bir islahat ölkə konstitusiya, qanunlar çərçivəsində həyata keçirilir. Bilavasitə insanların sosial-rifah halının yaxşılaşdırılmasına, ölkənin inkişafına xidmət edir. Hesab edirəm ki, hər bir dövlət nümayəndəsi də bu konstitision tələblərə əməl etməlidir. Heç kimin haqqı yoxdur ki, konstitusiyanın qanunların tələblərini o əsasnamədən irəli gələn vəzifələri pozub, özünəməxsus idarəetmə sistemi yaratsın. Bunun qarşısı qətiyyətlə alınır və görülən tədbirlər də göz qabağındadır.

Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə gedir və bu mübarizənin ildən-ilə güclənməsi nəticəsindən bir çox dövlət məmurları, icra hakimiyyəti başçıları, eləcə də vəzifəli şəxslər öz əməllərinə görə saxlanılırlar və onlar haqqında lazımi tədbirlər görülür. Əgər Naxçıvandan belə hallar baş veribsə və müvafiq orqanlar tərəfindən bu faktlar aşkarlanıbsa, sözsüz ki, orada da lazımi tədbirlər həyata keçiriləcək və keçirilir. Bir çox nazirliklər, eləcə də təşkilatlar nəzarətdədir. Müəyyən faktlar var, həmin faktların yoxlanılması davam etdirilir. Bu faktlarla əlaqədar həmin sahəyə məsul olan şəxslər öz layiqli cavablarını alacaqlar. Ona görə də, insanlar belə bir fikir yürüdür ki, kimsə özünəməxsus idarəetmə sistemi yaradıb, kiçik dövlət qurub, xanlıq yaradıb və s. bütün bunlar əsassızdır. Çünki hər bir hadisə dövlətin nəzarətindədir və Cənab Prezident bütün hadisələri görür, vaxtında da qiymətini verir. Mənfi hallar olacaqsa, bu barədə də ciddi tədbirlər görüləcək”./Demokrat.az