Naxçıvanda Xidmət rəisi vəzifədən azad edildibackend

Naxçıvanda Xidmət rəisi vəzifədən azad edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifədən azad edilib.

NOCOMMENT.az yeniavaz.com-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Bəxtiyar Məmməd oğlu İsmayılov Naxçıvan Muxtar Respublikası Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsindən çıxarılıb.

Qeyd edək ki, Bəxtiyar İsmayılovu bu vəzifəyə 2018-ci ildə Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbov təyin etmişdi.