Naxçıvanda yeni fond sədri təyin edildibackend

Naxçıvanda yeni fond sədri təyin edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə yeni sədr təyin edilib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Fondun yeni sədri Vüsal Novruzov seçilib.
Vüsal Novruzov uzun müddət bank-maliyyə sektorunda rəhbər vəzifələrdə çalışıb. 2007-2008-ci illərdə Mərkəzi Bankın Naxçıvan MR idarəsində sədrin köməkçisi olub. Daha sonra “Kapital Bank”, “Azər Türk Bank”, “Sara İnvest Holdinq”, SR Group Company şirkətlərində müxtəlif rəhbər vəzifələrində işləyib. Yeni vəzifəsinə qədər isə Naxçıvan Dövlət Universitetinin Maliyyə şöbəsinin müdiri olub.