“Səhiyyə Müəssisələrinin Təminatı Mərkəzi” publik hüquqi şəxsi tərəfindən “Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi”nin Qan Bankı və Qan Köçürmə Mərkəzi üçün müasir tibbi avadanlıqların alınması məqsədilə elan olunan tender baş tutmayıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, satınalma müsabiqəsi təqdim olunan təkliflərin şərtlər toplusuna uyğun gəlməməsi səbəbindən ləğv edilib. Bu, “Dövlət satınalmaları haqqında” qanunun 36.1.2-ci maddəsinə əsasən həyata keçirilib.
Satınalmanın ehtimal olunan dəyəri 2.698.686,32 AZN təşkil edirdi. Tender çərçivəsində Qan Bankının təchizatı üçün müasir tibbi avadanlıqların alınması planlaşdırılırdı.