Naxçıvanın muxtar statusu ləğv edilir? – Yeni qərar müzakirə yaratdıbackend

Naxçıvanın muxtar statusu ləğv edilir? – Yeni qərar müzakirə yaratdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıxanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir, doğru yanaşmadır”.

NOCOMMENT xəbər verir ki, bu barədə iqtisadçı ekspert Natiq Cəfərli sosial şəbəkə hesabında paylaşım edib.

“Belə başa düşürəm ki, Naxçıvanın Muxtar Respublika statusunun ləğvinə hazırlıq sürətlənir, doğru yanaşmadır. Unitar ölkə olan Azərbaycanda heç bir ərazinin özəl statusuna ehtiyac yoxdur. Amma bu addımın illərdir dediyimiz hüquqi bazası, Konstitusiya islahatları tərəfi mütləq olmalıdır. Yeni Konstitusiyada bir çox məsələlərlə yanaşı, ölkənin inzibati-ərazi bölgüsü də dəyişdirilməli, yaradılmış 14 iqtisadi rayon, Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan da daxil olmaqla inzibati-ərazi vahidinə çevrilməli, yerli özünüidarəetmə gücləndirilməli, Böyük Şəhər Bələdiyyələri və seçkili mer institutu təsis edilməlidir.

Bu, həm də Xankəndində yaşayan erməni əsilli azərbaycanlıların ölkəyə siyasi-iqtisadi və inzibati-sosial inteqrasiyasını da sürətləndirəcək amil olacaq”, – deyə ekspert bildirib.

Natiq Cəfərli hesab edir ki, bununla həm də idarəetmənin təkmilləşdirilməsinə start verilmiş olacaq.

Qeyd edək ki, bundan əvvəl Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ləğv edilib. Əvəzində Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin Naxçıvan Baş İdarəsi yaradılıb.