Naxçıvanın Türkiyə ilə quru sərhədi bağlandı – Rəsmibackend

Naxçıvanın Türkiyə ilə quru sərhədi bağlandı – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanla Türkiyənin (Naxçıvan) quru sərhədi də sentyabrın 1-ə kimi bağlanıb.

NOCOMMENT xəbər verir ki, Dövlət Sərhəd Xidməti Meydan TV-yə Azərbaycan-Türkiyə sərhədinin iyulun 1-dən bağlanması ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatı təsdiqləyib.

Səbəb kimi pandemiya göstərilib.

Dövlət Sərhəd Xidmətinin informasiya vasitələri ilə iş şöbəsinin rəisi, polkovnik-leytenant Avtandil Abbasov deyib ki, sərhəd Nazirlər Kabinetinin 20 iyunda çıxarılan 232 saylı qərarına əsasən bağlanıb.

Şöbə müdiri qərarın sentyabrın 1-dək qüvvədə olacağını deyib.

Avtandil Abbasov – “sərhəd məhz niyə bu gün bağlanıb?”, – sualına belə cavab verib: “232 saylı qərara uyğun olaraq sərhəddə işlər təşkil edilib. Qərarda sərhədin bağlanmasının pandemiya ilə əlaqədar olduğu göstərilib”.

Qeyd edək ki, koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqəsdilə Nazirlər Kabineti tərəfindən 2020-ci ilin aprel ayında Qərar qəbul edilib. Qərara əsasən, Azərbaycan ərazisinə yerüstü nəqliyyatı yolu ilə giriş-çıxış (yükdaşımalar istisna olmaqla) dayandırılıb. Lakin buna baxmayaraq Naxçıvan Muxtar Respublikasından qonşu dövlətlərə (İran və Türkiyə) quru sərhədləri ilə səyahət etmək mümkün idi.