Naxçıvanın yeni prokuroru KİMDİR…backend

Naxçıvanın yeni prokuroru KİMDİR…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına yeni prokuror təyin edib. Dövlət başçısının bu gün imzaladığı sərəncama əsasən, Sənan İsa oğlu Paşayev Naxçıvan Muxtar Respublikasının prokuroru təyin olunub.

NOCOMMENT Modern.az-ın məlumatına görə bildirir ki, Sənan Paşayev yeni təyinata qədər Naxçıvan prokurorunun müavini vəzifəsində çalışıb.

O, daha əvvəl Baş Prokurorluğun İstintaq idarəsinin rəis müavini olub.

S.Paşayev Prezident tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Onun adı bəzi müxalifətçi və jurnalistlərlə bağlı cinayət işlərinin istintaqında tez-tez hallandırılıb.

Qeyd edək ki, Sənan Paşayev ötən ilin dekabr ayında Naxçıvana təyinat alıb. O, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşı Məhərrəm Talıbovun yerinə gətirilmişdi.

Bundan əvvəl Naxçıvan Muxtar Respublikasının prokuroru Səbuhi Zəhmət oğlu Şahverdiyev olub. O, bu ilin yanvar ayında vəzifəsindən azad olunub.

Səbuhi Şahverdiyev 21 il Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsini tutub.