Naxçıvanla bağlı qərar 2 ay sonra LƏĞV OLUNDUbackend

Naxçıvanla bağlı qərar 2 ay sonra LƏĞV OLUNDU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri”nin təsdiq edilməsi haqqında” qərarı ləğv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Bundan sonra Naxçıvan Muxtar Respublikasında sərnişindaşıma xidmətlərinin tarifləri Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının təsdiq etdiyi qiymətlərlə müəyyən ediləcək.

Qeyd edək ki, iki ay öncə Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti “Naxçıvan Muxtar Respublikasında müntəzəm avtobus marşrutlarında sərnişindaşıma xidmətlərinin tarifləri” haqqında 2022-ci il 14 mart tarixli Qərarını aidiyyəti qurumlara göndərib. Həmin tariflərə əsasən ötən ilin dekabrın 30-dan şəhərdaxili sərnişindaşıma məsafədən asılı olmayaraq 30 qəpik müəyyən edilib.

Tarif (qiymət) Şurası yanvarın 31-də keçirilən iclasında Bakı və digər regionlar daxil olmaqla, sərnişindaşımada qiyməti 10 qəpik artırıb.