Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdurbackend

Naxçıvanla bağlı siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Naxçıvan həssas bölgədir. Həssas bölgə olmaqla yanaşı, erməninin və başqa adamların öyrətdiyi adamlar gəlib burada Naxçıvan Muxtar Respublikası barədə fikir söyləyirlər”.

NOCOMMENT qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.

Deputat vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Prezidentin, dövlətin, dövlətçiliyin arxasındadır: “Ona görə də burada hər hansı bir siyasi oyunbazlığın qurulmasına ehtiyac yoxdur. Hüquq-mühafizə orqanları başqa rayonlarda, yerlərdə apardığı islahatları orada da aparır. Orada da korrupsiya harada varsa, yoxlayır. Azərbaycanda neçə nazirlik, neçə komitə yoxlanıldı. Yeddi icra başçısı tutuldu. Bunlar da Azərbaycan vətəndaşlarıdır. Xahiş edirəm ki, bu məsələyə diqqətlə yanaşılsın”.

Qeyd edək ki, daha əvvəl Milli Məclisdə çıxış edən deputat Etibar Əliyev qeyd edib ki, ölkəmizdə olan 5-ci kolon elə bilirdi ki, Azərbaycan müharibənin ağır xərclərinə dözməyəcək.

Onlar neftin qiyməti düşəndə də toy-bayram edirdilər: “Prezident İlham Əliyev bir neçə il öncə Naxçıvan MR-in Ali Məclisinin sədri Vasif Talıbov ilə görüşü zamanı bildirmişdi ki, maliyyə və iqtisadi sahədə şəffaflıq artırılmalıdır. O qeyd etmişdi ki, Muxtar Respublikanın büdcəsinin 22%-i yerli gəlirlər hesabına formalaşır. Qalan hissəsi isə Bakıdan dotasiya olunur. Lakin ortaya çıxan korrupsiyanın miqdarı Naxçıvan Muxtar Respublikasının büdcəsinin yarsını təşkil edir”.