Nazarbayev: Qazaxıstanın paytaxtında istirahətdəyəmbackend

Nazarbayev: Qazaxıstanın paytaxtında istirahətdəyəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda mən Qazaxıstanın paytaxtında istirahətdəyən və heç yerə getməmişəm.

NOCOMMENT-in teleqraf-a istinadən məlumatına görə, bunu Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayev xalqa müraciətində deyib.

O, dövlət başçısı qismində həyata keçirdiyi islahatlar kursu və müasirləşməyə göstərdikləri dəstəyə görə qazaxıstanlılara təşəkkürünü bildirib: “Ölkədə hər hansı bir ziddiyyətlər yoxdur və hazırkı prezident Kasım-Jomart Tokayevin tezliklə “Nur Otan” partiyasına sədrlik edəcək”.

N.Nazarbayev vurğulayıb ki, yanvar hadisələri bütün Qazaxıstanı sarsıdıb. “Bu hadisələr bir daha göstərir ki, müstəqilliyi göz bəbəyi kimi qorumaq lazımdır. Baş vermiş faciə hamımız üçün dərs olmalıdır. Bu iğtişaşları və qətlləri təşkil edənləri müəyyənləşdirmək lazımdır. İstintaq bütün bu suallara cavab verəcək”, – deyə o bildirib və iğtişaşlar zamanı həlak olanların yaxınlarına başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.