Nazarbayevin kürəkənləri işdən çıxarıldılarbackend

Nazarbayevin kürəkənləri işdən çıxarıldılar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“KazTransOil” SC-nin İdarə Heyətinin sədri Dimaş Dosanov və “QazaqGaz” Milli Şirkəti SC-nin sədri Kayrat Şaripbayevin səlahiyyətlərinə xitam verilib.

NOCOMMENT “İnterfax”a istinadən xəbər verir ki, bu barədə “Samruk-Kazyna” Dövlət Fondu məlumat yayıb.

“QazaqGaz” Milli Şirkəti SC-nin Direktorlar Şurasının 14 yanvar 2022-ci il tarixli qərarına əsasən, K.K.Şaripbayevin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib.

D.Dosanov Nursultan Nazarbayevin kiçik qızı – Aliyənin həyat yoldaşıdır.

Bəzi KİV-in məlumatına görə, K.Şaripbayev isə Qazaxıstanın ilk prezidentinin böyük qızı – Dariqa ilə qeyri-rəsmi nikahdadır.